Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib20 Yanvar 2023, 11:36 (GMT +4) Bakı, 20 yanvar, SalamNews. Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə SalamNews-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
|