İraq və Suriya arasında quru yolla daşınmalar üç ildən sonra bərpa edilib24 Yanvar 2023, 16:51 (GMT +4) Bakı, 24 yanvar, SalamNews, S.Bağırov. İraqdan Suriyaya və əksinə yük maşınlarının keçidinə icazə verilir.
SalamNews SANA-a istinadən xəbər verir ki, bunu Suriyanın İraqdakı səfiri Satam əl-Dəndah deyib.
O, bildirib ki, koronavirus pandemiyasına görə iki ölkə arasında quru yolla yük daşınmalarında yaranan fasilə və məhdudiyyət bitib və hər iki ölkənin yük maşınları yaxın günlərdə qarşılıqlı şəkildə sərhədləri keçə biləcəklər.
Səfir əlavə edib ki, İraq hökuməti Suriyanın ticarət və kənd təsərrüfatı mallarının, xüsusilə sitrus meyvələrinin bütün yük maşınlarının İraqın bütün valiliklərinə daxil olmasına icazə verib.
O, İraq ticarət yük maşınlarının qarşılıqlılıq prinsipinə uyğun olaraq gələn bir neçə gün ərzində Suriyaya girməsinə icazə veriləcəyinə diqqət çəkib.
|