Dodon: Moldova Rusiya ilə əməkdaşlıq etməlidir25 Yanvar 2023, 15:45 (GMT +4) Bakı, 25 yanvar, SalamNews. Moldovanın keçmiş prezidenti İqor Dodon “Rossiya 24” telekanalının efirində ölkəsinin Avropa İttifaqına üzv olacağına inanmadığını bildirib və qeyd edib ki, respublika Moskva ilə əməkdaşlıq etməlidir.
"Hesab edirəm ki, biz hamı ilə dost olmalıyıq, Rusiya ilə strateji tərəfdaşlığı inkişaf etdirmək bizim üçün vacibdir, neytrallığımızı gücləndirməliyik", deyə keçmiş prezident bildirib.
Dodon hesab edir ki, Moldovanın Aİ-yə namizəd statusu alması Ukraynadakı vəziyyətlə bağlıdır. O xatırladıb ki, onilliklər ərzində bu mövqedə olan bir çox ölkə var, lakin heç kim onları İttifaqa qəbul etmək niyyətində deyil.
SalamNews-un "TASS"a istinadən verdiyi xəbərə görə, İqor dodon onu da vurğulayıb ki, Aİ-də “bir çox problemlər” var.
|