Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda azı dörd fələstinli həlak olub

26 Yanvar 2023, 11:43 (GMT +4)

Bakı, 26 yanvar, SalamNews, S.Bağırov. İsrail qüvvələri bu gün sübh işğalda saxladığı İordan çayınıın qərbində Cenin şəhərinə hücum ediblər. Hücum nəticəsində azı dörd fələstinli həlak olub.

SalamNews Fələstin Media Mərkəzinin saytına istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələrinin bu gün sübh Cenin şəhərinə hücumunda azı dörd fələstinli gənc həlak olub. Onların biri qadındır.

Burada yaralıların çox olduğu və qarşıdurmaya görə onlara yardımın müyəssər olmadığı bildirilib.

Məlumata görə İsrail qüvvələri şəhərdə fələstinlilərin obyektləri və avtomobillərinə ciddi ziyanlar vurub.

Qeyd edək ki, Cenin şəhəri İsrail qüvvələrinin nəzarətində deyil. Cenin İordan çayının qərb sahilində İsrail qüvvələrinin girməkdə çətinlik çəkdiyi yaşayış massividir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sudan və İsrail əlaqələrin normallaşdırılması üçün ilkin razılıq əldə ediblər

Çad prezidentinin iştirakı ilə İsraildə bu ölkənin səfirliyinin açılışı olub

İsrail Fələstin Muxtariyyətinin 32 milyon dollarlıq vergi gəlirlərini müsadirə edib

Sudanla İsrail arasında əlaqələrin normallaşdırılması müqaviləsinin imzalanması gözlənilir

İsrail Ordusu Qəzzaya hava zərbələri endirib

İsraildə Çad Respublikası səfirliyinin açılışı olacaq

İsrail Yunanıstanla əhəmiyyətli qaz müqaviləsi imzaladığını bildirib

İsrailin xarici işlər naziri Ukraynaya gedəcək

İsrail qüvvələri ilə qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var

ABŞ dövlət katibi İsrail-Fələstin gərginliyi fonunda Yaxın Şərqə səfər edib

İsrail qüvvələri bir sutka ərzində 42 fələstinlini həbs edib

İsrailin müdafiə naziri Qüds hücumuna görə ABŞ-a səfərini yarıda qoyub

Ərəb Dövlətləri Liqası İsrail qüvvələrinin Cenin şəhərinə hücumu ilə bağlı bəyanat verib

Fələstin Muxtariyyəti İsraillə təhlükəsizlik üzrə koordinasiya razılaşmasını dayandırıb

İsrail Qəzzaya hava zərbələri endirib

İtaliya İsrail istehsalı olan dronlarını Ukraynaya göndərir

İslam Əməkdaşlıq Təşkilatı İsrail qüvvələrinin Cenin şəhərinə hücumunu kəskin pisləyib

İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda həlak olan fələstinlilərin sayı doqquza çatıb

İran kəşfiyyat naziri: “İsrailə bağlı 12 qrupun üzvləri həbs edilib”

İsrailin baş naziri İordaniyaya elan edilməmiş səfərə gedib 


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66