Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Lavrov Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumla bağlı başsağlığı verib

28 Yanvar 2023, 10:10 (GMT +4)

Bakı, 28 yanvar, SalamNews. 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə SalamNews-a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Sergey Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, Səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

Ceyhun Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumunu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66