BMT Azərbaycanın İrandakı səfirliyinə terror aktını pisləyib28 Yanvar 2023, 13:43 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı BMT tərəfindən pislənir.
SalamNews "TASS"a istinadən xəbər verir ki, belə bir bəyanatla qurumun baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə çıxış edib.
Onun sözlərinə görə, BMT hücumda həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir. Diplomat həmçinin xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Düjarrik xatırladıb ki, beynəlxalq qanunlar diplomatik nümayəndəliklərə hücumları qəti şəkildə qadağan edir.
BMT baş katibinin nümayəndəsi əlavə edib ki, İran hakimiyyətinin cinayətin araşdırılmasına başlaması təşkilat tərəfindən nəzərə alınıb.
BMT baş katibinin rəsmi nümayəndəsi bütün təqsirkarların törədilmiş cinayətlərə görə cavab verəcəklərinə ümid etdiyini bildirib.
|