İranda güclü zəlzələ: yaralananların sayı 600-ü keçib29 Yanvar 2023, 10:15 (GMT +4) Bakı, 29 yanvar, SalamNews. İranın Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
SalamNews “Mehr” agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 664 nəfər yaralanıb.
Bildirilib ki, zəlzələdən sonra dəymiş ziyanın miqdarını, yardım və xidmətlərin göstərilməsi prosesini dəqiq qiymətləndirmək üçün zəlzələdən zərər çəkmiş ərazilərə qiymətləndirmə qrupları göndərilib.
|