Xankəndi-Laçın yolunda sülhməramlıların 22 avtomobilinin hərəkətinə şərait yaradılıb29 Yanvar 2023, 14:28 (GMT +4) Bakı, 29 yanvar, SalamNews. Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 15 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
SalamNews xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 22-yə çatıb.
|