ABŞ dövlət katibi İsrail-Fələstin gərginliyi fonunda Yaxın Şərqə səfər edib30 Yanvar 2023, 10:53 (GMT +4) Bakı, 30 noyabr, SalamNews, S.Bağırov. ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfər edib.
SalamNews ABŞ KİV-lərinə istinadən xəbər verir ki, Blinkenin Yaxın Şərqə səfərinin əsas məqsədi İsraillə Fələstin arasında gərginliyin azaldılması, İsrailin yeni hökumətinin Qüdsün və digər (işğal edilmiş) bölgələrin hüququ statusunu dəyişmək cəhdləri barədə narahatlığını ifadə etməsi, həm də İranla bağlı danışıqlar aparmaq məqsədi daşıyır.
Məlumata görə, Blinken artıq ötən gün Qahirəyə gedib və o bu gün İsrail və Fələstin Muxtariyyətinin rəbərliyi ilə görüşəcək.
Qeyd edək ki, son günlərdə İsrail qüvvələrinin Cenin şəhərində 10 fələstinlini qətlə yetirməsi, habelə Qüdsün şimalında sinaqoq yaxınlığında 10 israillinin ölümü ilə nəticələnən hücum bölgədə gərginliyi artırıb.
|