Mobil versiya RU AZ
_




DÜNYA » HADİSƏLƏR

Pişəvərdə məscidə hücumda ölənlərin sayı 20-ə çatıb (VİDEO)

30 Yanvar 2023, 14:15 (GMT +4)

Bakı, 30 yanvar, SalamNews, S.Bağırov. Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

SalamNews Əlcəzirə telekanalına istinadən xəbər verir ki, bu barədə Pişəvərdə səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün Pişəvərdə bir kamikadzenin məscidin içində həyata keçirdiyi partlayışda ölənlərin sayı 20-ə çatıb.

Bu hücumda onlarla yaralı var ki, bir qisminin vəziyyəti ağırdır.

Pişəvər hücumundan sonra paytaxt İslamabadda və bir sıra digər şəhərlərdə təhlükəsizlik tədbirləri artırılıb.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Pişəvərdə kamikadzenin hücumu nəticəsində ölənlərin sayı 32-yə çatıb

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış törədilib, onlarla yaralı var (VİDEO)

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış törədilib, onlarla ölən və yaralanan var (VİDEO)

Seyyid Cəfər Pişəvərinin romanını artıq Azərbaycan dilində oxumaq olar


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66