Pentaqon: ABŞ Cənubi Koreyanı qorumaq üçün adi və nüvə silahlarından istifadə etmək öhdəliyinə sadiqdir31 Yanvar 2023, 13:46 (GMT +4) Bakı, 31 yanvar, SalamNews. Birləşmiş Ştatlar Cənubi Koreyanın qarşısını almaq və qorumaq üçün adi və nüvə silahlarından istifadə etmək öhdəliyinə sadiqdir.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Pentaqonun rəhbəri Lloyd Ostin Seulda Cənubi Koreyanın milli müdafiə naziri Li Con Sop ilə birgə mətbuat konfransında bildirib.
"Koreya Respublikasının müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmaz olaraq qalır. Birləşmiş Ştatlar adi və nüvə silahları, eləcə də raketdən müdafiə imkanları daxil olmaqla, ABŞ-ın bütün hərbi imkanlarından istifadəni nəzərdə tutan çəkindirmə öhdəliyinə qətiyyətlə sadiqdir", deyə Ostin qeyd edib.
Pentaqon rəhbərinin sözlərinə görə, 2022-ci ildə KXDR çoxsaylı təxribat törədib. Ostin bildirib ki, ABŞ Cənubi Koreya ilə birlikdə regionda sabitliyi pozan bu “təhlükəli hərəkətləri” pisləyir.
Ostin qeyd edib ki, Cənubi Koreyada 28,5 min Amerika əsgəri xidmət edir və bu, ABŞ-ın xaricdəki ən böyük hərbi kontingentindən biridir.
|