İranın Xoy rayonunda baş verən zəlzələdə 3,050 evə ziyan dəyib31 Yanvar 2023, 13:54 (GMT +4) Bakı, 31 yanvar, SalamNews, S.Bağırov. İranın Qərbi-Azərbaycan əyalətinin Xoy rayonunda bir neçə gün öncə baş vermiş zəlzələnin vurduğu ziyanlar qiymətləndirilməkdədir. Burada 3,050 evə ziyanlar dəyib.
SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu Qərbi-Azərbaycan əyalətinin Mənzillər Fondunun baş direktoru Cəfər Bərzigər deyib.
Xoy rayonunda baş vermiş 5.9 ballıq zəlzələnin fəsadlarının və vurduğu ziyanların qiymətləndirilməsindən söz açan C.Bərzgər qeyd edib ki, bu zəlzələ nəticəsində rayonda 3,050 evə ziyan görüb.
Onun sözlərinə görə bu evlər 20-80 faiz ziyan görüblər.
C.Bərzgər əlavə edib ki, müxtəlif dərəcələrdə ziyanlara məruz qalmış evlər Xoy rayonunun 70 kənd və qəsəbəsindədir.
Qeyd edək ki, bu zəlzələ nəticəsində üç nəfər həyatını itirib və 980-ə yaxın insan yaralanıb.
|