Misir Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib31 Yanvar 2023, 15:52 (GMT +4) Bakı, 31 yanvar, SalamNews, S.Bağırov. Misirn xarici işlər naziri Samih Şükri ölkəsinin Rusiya və Ukrayna arasında vasitəçiliyə hazır olduğunu bildirib.
SalamNews RT.Arabic-ə istinadən xəbər verir ki, Misirin xarici işlər naziri bunu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Ukrayna və Rusiya arasında vasitəçiliklə bağlı təklif irəli sürən Misir XİN rəhbəri həmkarı Sergey Lavrovla həmçinin Suriya və Liviya münaqişələri kimi məsələləri də müzakirə etdiyini bildirib.
“Suriyadakı vəziyyəti və Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini müzakirə etdik, Suriyanın daxili işlərinə qarışmamağı vurğuladıq və xarici qüvvələrin mövcudluğunun Birləşmiş Millətlər Təşkilatının qanunlarına uyğun olmadığını dedik. Regional vəziyyət, eləcə də Ukraynadakı vəziyyət də geniş müzakirə olundu”, deyə S.Şükri əlavə edib.
|