ABŞ dövlət katibi Misir vasitəsilə rusiyalı həmkarına mesaj göndərib31 Yanvar 2023, 16:52 (GMT +4) Bakı, 31 yanvar, SalamNews, S.Bağırov. ABŞ dövlət katibi Entoni Blinken misirli həmkarı vasitəsilə Sergey Lavrova mesaj göndərib.
SalamNews xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirin xarici işlər naziri Samih Şukri vasitəsilə iki gün əvvəl Qahirədə səfərdə olmuş ABŞ dövlət katibi Entoni Blinkendən Ukrayna ilə bağlı “xüsusi mesaj” aldığını bildirib.
Lavrov bu gün, çərşənbə axşamı Moskvada misirli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib:
“Nazir bildirib ki, o, bu yaxınlarda Qahirədə səfərdə olan xarici işlər naziri Blinkenin müəyyən mesajını gətirib. Biz həmişə demişik ki, Rusiya istənilən ciddi təklifi dinləməyə hazırdır. Biz yenə də cənab nazir vasitəsilə verilən mesajı eşitdik; Rusiya dayanmalı və (Ukraynadan) getməlidir, sonra hər şey yaxşı olacaq”, deyə Lavrov ABŞ tərəfinin mesajının məzmununu açıqlayıb.
|