Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

01 Fevral 2023, 09:00 (GMT +4)

Bakı, 1 fevral, SalamNews. 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

SalamNews xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Qeyd edək ki, sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.

İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.

İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk.

Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Mart 2023, 17:00 (GMT +4)
Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edib

25 Mart 2023, 16:35 (GMT +4)
Metronun "Memar Əcəmi" stansiyasında sərnişin qatar yoluna düşüb

25 Mart 2023, 16:10 (GMT +4)
Azərbaycan XİN: “Ararat Mirzoyanın sülh sazişi üzrə danışıqların mahiyyətini təhrif etməsi qəbuledilməzdir”

25 Mart 2023, 15:55 (GMT +4)
Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb

25 Mart 2023, 15:30 (GMT +4)
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

25 Mart 2023, 15:05 (GMT +4)
DYP: Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir

25 Mart 2023, 14:40 (GMT +4)
“Qarabağ” və “Qalatasaray" oyunu ilə əlaqədar metropolitenin iş rejimi dəyişdiriləcək

25 Mart 2023, 14:15 (GMT +4)
Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər

25 Mart 2023, 13:50 (GMT +4)
DYP sürücülərə müraciət edib

25 Mart 2023, 13:25 (GMT +4)
Azərbaycan XİN Yunanıstanı təbrik edib

25 Mart 2023, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

25 Mart 2023, 12:35 (GMT +4)
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

25 Mart 2023, 12:10 (GMT +4)
Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

25 Mart 2023, 11:45 (GMT +4)
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs saxlanılıb

25 Mart 2023, 11:20 (GMT +4)
Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

25 Mart 2023, 11:00 (GMT +4)
Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb 

25 Mart 2023, 10:40 (GMT +4)
DSX: Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıb

25 Mart 2023, 10:20 (GMT +4)
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 104 gündür davam edir

25 Mart 2023, 10:00 (GMT +4)
Şabranda qatarla traktor toqquşub, ölən var

18 Mart 2023, 14:00 (GMT +4)
FHN: Bakıda hərbi sursat tapılıb

18 Mart 2023, 13:40 (GMT +4)
Prezident: Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı

18 Mart 2023, 13:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

18 Mart 2023, 13:00 (GMT +4)
İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlini qoyub

18 Mart 2023, 12:40 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər

18 Mart 2023, 12:40 (GMT +4)
DİM: Ötən gün yol qəzalarında 6 nəfər ölüb

18 Mart 2023, 12:20 (GMT +4)
DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

18 Mart 2023, 12:00 (GMT +4)
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb

18 Mart 2023, 11:40 (GMT +4)
AFAD: Kahramanmaraşda 4,6 maqnitudalı zəlzələ olub

18 Mart 2023, 11:20 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib

18 Mart 2023, 11:00 (GMT +4)
Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66