İsraildə Çad Respublikası səfirliyinin açılışı olacaq01 Fevral 2023, 17:30 (GMT +4) Bakı, 1 fevral, SalamNews. Çad prezidentinin iştirakı ilə sabah İsraildə bu ölkənin səfirliyinin açılışı olacaq.
SalamNews Sputnik.Arabic-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bu gün, çərşənbə elan edib ki, Çad prezidenti Mohamed Debi cümə axşamı günü İsraildə ölkəsi üçün səfirlik açacaq.
Səfirliyin açılışında hər iki ölkənin başçısı iştirak edəcək.
Bəyanatda deyilir ki, Netanyahu və Debi Qüdsdə görüşüb, tərəflər arasında əlaqələrin inkişaf etdirilməsini müzakirə ediblər.
Qeyd edək ki, İsrail və Çad 1972-ci ildə İordan çayının işğalına görə kəsilmiş diplomatik əlaqələri 2019-cu ildə bərpa ediblər.
|