Filippin daha dörd ABŞ hərbi qərargahına ev sahibliyi edəcək02 Fevral 2023, 11:02 (GMT +4) Bakı, 2 fevral, SalamNews. ABŞ hökuməti Filippində daha dörd hərbi qərargah salacağını bildirib.
SalamNews xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Austin mətbuata açıqlamasında deyib.
O, Filippinlə əməkdaşlıq sahəsində irəliləyişlərin olduğunu və bu ölkə rəhbərliyinin daha dörd ABŞ hərbi qərargahının salınması ilə razılaşdığını deyib.
ABŞ müdafiə nazirinin sözlərinə görə Filippində Vaşinqtona məxsus hərbi qərargahların sayı doqquza çatıb.
|