İsrail Fələstin Muxtariyyətinin 32 milyon dollarlıq vergi gəlirlərini müsadirə edib02 Fevral 2023, 13:36 (GMT +4) Bakı, 2 fevral, SalamNews. İsrail hökuməti Fələstin Muxtariyyətini “cəzalandırmaq məqsədilə” banklarında olan 32 milyon dollar vergi gəlirlərini müsadirə edib.
SalamNews bu barədə Əlcəzirə telekanalına istinadən xəbər verir.
Telekanal bildirib ki, İsrailin maliyyə naziri banklarında Fələstin Muxtariyyətinə məxsus vergi gəlirlərinin müsadirəsi ilə bağlı qərarı imzalayıb.
Məlumata görə, bu məbləğ 32 milyon dollar təşkil edir ki, Fələstin Muxtariyyətinini büdcəsi üçün əhəmiyyətli rəqəmdir.
Qeyd edək ki, İsrail hökuməti Fələstin Muxtariyyətinin beynəlxalq təşkilatlara şikayət etməsi ilə bağlı onu cəzalandıracağı, xüsusilə də banklarında muxtariyyətə məxsus hesabların dondurulacağı ilə bağlı təhdid etmişdi.
|