Çad prezidentinin iştirakı ilə İsraildə bu ölkənin səfirliyinin açılışı olub02 Fevral 2023, 15:00 (GMT +4) Bakı, 2 fevral, SalamNews. İsrailin baş naziri Benyamin Netanyahunun və Çad prezidenti Mohamed Debinin iştirakı ilə Afrika dövlətinin Təl-Əvivdə səfirliyinin açılışı olub.
SalamNews Sputnik.Arabic-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu tvitter səhifəsində yazıb.
İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə Çadın səfirliyinin açılışına aid görüntüləri paylaşıb.
Qeyd edək ki, İsrail və Çad 1972-ci ildə İordan çayının işğalına görə kəsilmiş diplomatik əlaqələri 2019-cu ildə bərpa ediblər.
|