Azərbaycan boksçularının Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli olub02 Fevral 2023, 18:00 (GMT +4) Bakı, 2 fevral, SalamNews. Mərakeşdə keçiriləcək boks üzrə Qızıl kəmər seriyasında ilin ilk turnirinin püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından SalamNews-a verilən məlumata görə, bu gün start götürəcək yarışda milli üzvlərinin də ilk rəqibləri bəlli olub.
Fevralın 10-dək davam edəcək turnirdə ilk olaraq rinqə Nəbi İsgəndərov (67 kq) çıxacaq. O, 1/8 finalda Atomani Baroufla (Komor adaları) üz-üzə gələcək.
Püşkün nəticəsinə əsasən bu mərhələdə daha 4 boksçu mübarizəyə qoşulacaq.
1/8 final mərhələsi Tayfur Əliyev (60 kq) – Kərim Abdul (Mali) Nəbi İsgəndərov (67 kq) – Atomani Barouf (Komor adaları) Sərxan Əliyev (71 kq) – Sarohatua Lumbantobinq (İndoneziya) Murad Allahverdiyev (80 kq) – İmam Xatayev (Rusiya)
1/4 final mərhələsi Məsud Yusifzadə (51 kq) – Duqlas Trindade (Braziliya) Ümid Rüstəmov (57 kq) – Jan Kaysedo (Ekvador) Malik Həsənov (63,5 kq) – Qabil Məmmədov (Rusiya) Mirşərif Kazımzadə (75 kq) – David Mvenekabve (Konqo Demokratik Respublikası) Məhəmməd Abdullayevə (+92 kq) – Dieqo Lensi (İtaliya)
1/2 final mərhələsi Alfonso Dominqes (86 kq) – Roberrd Mayxel (İndoneziya)/Endi Lesmes (İspaniya)
|