ABŞ senatorları Baydendən Türkiyəyə F-16 satışını təxirə salmağı xahiş ediblər03 Fevral 2023, 10:50 (GMT +4) Bakı, 3 fevral, SalamNews. Hər iki pratiyanı təmsil edən bir qrup senator ABŞ prezidenti Co Baydenə məktub ünvanlayıb və Ankaranın İsveç-Finlandiyanın cütlüyünün NATO üzvlüyünü hələ də ratifikasiya etmədiyi üçün F-16 təyyarələrinin Türkiyəyə satışını təxirə salmasını istəyib.
"Ankara üzvlük protokollarını ratifikasiya edənə qədər Konqres F-16 təyyarələrinin satışı da daxil olmaqla, Türkiyəyə əlavə dəstəyi nəzərdən keçirə bilməz", deyə demokrat senator Cin Şeyhinin saytında yerləşdirilmiş məktubda deyilir.
SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, Şeyhin prezidentə məktubu respublikaçı senator Tom Tillislə birlikdə göndərib. Məktubu hər iki partiyanın digər 25 senatoru da imzalayıb.
Məktubda qeyd edilir ki, Türkiyə ilə məhsuldar və qarşılıqlı faydalı təhlükəsizlik münasibətləri ABŞ-ın maraqlarına uyğundur, lakin Ankaranın hazırkı mərhələdə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etmək istəməməsi diqqətdən kənarda qala bilməz.
Məktub müəllifləri hesab edirlər ki, Konqres Türkiyəyə F-16 təyyarələrinin satışı məsələsinə yalnız Türkiyə Skandinaviya ölkələrinin NATO-ya daxil olmasını ratifikasiya etdikdən sonra baxa biləcək. Eyni zamanda, bu baş verməsə, satış məsələsi sual altında olacaq.
|