Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri danışıqlar aparacaq03 Fevral 2023, 11:41 (GMT +4) Bakı, 3 fevral, SalamNews. Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri yaxın vaxtlarda texniki səviyyədə danışıqlar aparacaq.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar məlumat verib.
"Yaxın günlərdə nümayəndə heyətlərimiz texniki səviyyədə danışıqlar aparacaq. Nəticə əldə etmək üçün çox çalışırıq", deyə Türkiyənin Müdafiə Nazirliyi "Twitter"də Hulusi Akardan sitat gətirib.
Xatırladaq ki, 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Türkiyə və Suriya Müdafiə nazirliklərinin rəhbərləri arasında məsləhətləşmələr keçirilib. Fevralın birinci yarısında üç dövlətin xarici işlər nazirlərinin görüşü gözlənilir. Onun gündəliyinə Türkiyə və Suriya prezidentləri arasında danışıqlar məsələsi də daxildir.
|