Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

03 Fevral 2023, 15:40 (GMT +4)

Bakı, 3 fevral, SalamNews. Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb.

Bu barədə SalamNews-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Fevralın 3-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 107 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.

İcbari təlimin ilk günündə keçirilən tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək, vəkilliyə namizədlərə uğurlar arzu etmiş, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini vurğulamışdır. Bildirilmişdir ki, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq

Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirmiş, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Prezidentin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb.

Sonra Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov çıxış edərək bildirmişdir ki, təlimlərin əsas məqsədi vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsidir. Builki proqramın fərqli olduğunu diqqətə çatdıran prorektor, praktiki təcrübəyə daha çox üstünlük veriləcəyini qeyd etmişdir: “Çünki məhkəmələrimiz artıq yazılı icraata keçir. Bu baxımdan vəkillər bu sahədə daha da təcrübəli olmalıdırlar”.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilmiş, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Mart 2023, 18:00 (GMT +4)
Rəşad Mahmudov: Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür

29 Mart 2023, 17:40 (GMT +4)
FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək

29 Mart 2023, 17:20 (GMT +4)
Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru istifadəyə verilib

29 Mart 2023, 17:00 (GMT +4)
Dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək

29 Mart 2023, 16:40 (GMT +4)
Prezident İlham Əliyev Fazil Mustafaya qarşı terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib

29 Mart 2023, 16:20 (GMT +4)
Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib

29 Mart 2023, 16:00 (GMT +4)
Rəşad Dağlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

29 Mart 2023, 15:40 (GMT +4)
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”

29 Mart 2023, 15:20 (GMT +4)
Rusiya “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb

29 Mart 2023, 15:00 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

29 Mart 2023, 14:40 (GMT +4)
Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub

29 Mart 2023, 14:20 (GMT +4)
DİN: Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kq narkotik dövriyyədən çıxarılıb

29 Mart 2023, 14:00 (GMT +4)
Prezident Ağsuda avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırıb

29 Mart 2023, 13:44 (GMT +4)
Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib

29 Mart 2023, 13:40 (GMT +4)
Azərbaycan və Türkiyə arasında Hökumətlərarası Komissiyada işlərin gedişi barədə fikir mübadiləsi aparılıb

29 Mart 2023, 13:20 (GMT +4)
Bakıda avtosalonun qarşısından maşın qaçıran şəxs tutulub

29 Mart 2023, 13:00 (GMT +4)
Azərbaycanın 5 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

29 Mart 2023, 12:40 (GMT +4)
“AzərEnerji”: Xəzədə su səviyyəsinin düşməsi enerji istehsalına təsir edir (VİDEO)

29 Mart 2023, 12:20 (GMT +4)
Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir

29 Mart 2023, 11:55 (GMT +4)
Azərbaycan neftinin qiyməti 80 dolları keçib

29 Mart 2023, 11:30 (GMT +4)
Fazil Mustafanın son vəziyyəti açıqlanıb

29 Mart 2023, 11:05 (GMT +4)
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

29 Mart 2023, 10:40 (GMT +4)
FHN: Ötən sutka 43 yanğına çıxış olub, 7 nəfər xilas edilib

29 Mart 2023, 10:15 (GMT +4)
MN: Hərbi atteşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

29 Mart 2023, 09:50 (GMT +4)
Lionel Messi yığmada 100 qola çatan üçüncü futbolçu olub

29 Mart 2023, 09:25 (GMT +4)
Xankəndi-Laçın yolunda ekofəalların aksiyası 108 gündür davam edir

29 Mart 2023, 09:00 (GMT +4)
DTX: Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib

28 Mart 2023, 18:00 (GMT +4)
"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku suya buraxılıb

28 Mart 2023, 17:40 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

28 Mart 2023, 17:20 (GMT +4)
Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66