Türkiyə XİN: Ankara taxıl müqaviləsinin uzadılması üçün səy göstərir03 Fevral 2023, 15:13 (GMT +4) Bakı, 3 fevral, SalamNews. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara martın 18-də başa çatacaq taxıl sazişinin uzadılması üçün səy göstərir.
SalamNews xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
"Martın ortalarında taxıl müqaviləsinin ikinci uzadılmış müddəti başa çatır. Biz müddəti uzatmağa çalışırıq. Biz bunun qlobal ərzaq təhlükəsizliyi və ehtiyacı olan ölkələr üçün nə qədər vacib olduğunu bilirik", deyə nazir bildirib.
Çavuşoğlu qeyd edib ki, “mütəmadi olaraq problemlər yaranır” və belə vəziyyətlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıqlar aparır.
Bir gün əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəis müavini Sergey Verşinin BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan ilə telefon danışığında bildirmişdi ki, Moskva taxıl sazişinin müddətini uzadarkən “paket” sazişlərinin həyata keçirilməsinin nəticələrini nəzərə alacaq.
|