Ned Prays: Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb14 Fevral 2023, 17:38 (GMT +4) Bakı, 14 fevral, SalamNews. Zəlzələnin görüntüləri dəhşətlidir, insanlara yardım üçün gecə-gündüz çalışırıq.
SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri gündəlik mətbuat brifinqində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
O qeyd edib ki, dağıntılara və insan tələfatı baxımından bu zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb.
ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səyləri üçün əlavə avadanlıqlar və resurslar səfərbər etdiyini vurğulayan Prays çox çətin şəraitdə gecə-gündüz işləyən humanitar yardım qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndirib.
|