Rusiyada terror aktı planlaşdıran 2 nəfər öldürülüb17 Fevral 2023, 12:40 (GMT +4) 17 fevral, SalamNews. Rusiyanın Kaluqa vilayətində kimya sənayesi müəssisəsində terror aktı planlaşdıran 2 nəfər öldürülüb.
SalamNews xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat nəticəsində məhv edilənlər Rusiyaya Orta Asiya respublikalarından gələn şəxslər olub.
Onların İŞİD terror təşkilatı ilə əməkdaşlıq etdikləri və törədəcəkləri terror aktından sonra Suriyaya getməyi planlaşdırdıqları məlum olub.
|