Yunanıstanda sərnişin qatarları toqquşub, ölənlər və yaralananlar var01 Mart 2023, 09:20 (GMT +4) 1 mart, SalamNews. Yunanıstanın Larisa şəhəri yaxınlığında yerləşən Evangelizmos yaşayış məntəqəsində sərnişin qatarları toqquşub. Hadisə nəticəsində ölənlərin sayı 32-yə çatıb.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.
O bildirib ki yaralı sayı 85 nəfərdir.
Daha əvvəl bildirilib ki, hadisə yerində 150 yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.
Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirdi.
|