Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

01 Mart 2023, 16:00 (GMT +4)

1 mart, SalamNews. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sabah Göyçay şəhərində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

SalamNews nazirliyə istinadən xəbər verir ki, qəbul martın 6-da, saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq üçün martın 4-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66