Podolyak: Rusiyaya PUA hücumlarını yadplanetlilər təşkil edib01 Mart 2023, 13:00 (GMT +4) 1 mart, SalamNews. Ukrayna Rusiya ərazisini pilotsuz uçuş aparatları (PUA) ilə vurmur.
SalamNews xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “Twitter“də bildirib.
Podolyak qeyd edib ki, Ukrayna tərəfindən Rusiya ərazisinə hücum olunmur. O istehza edib ki, Rusiyaya PUA hücumlarını yadplanetlilər təşkil edib.
“Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisini vurmur. Biz öz ərazilərimizi azad etmək üçün müharibə aparırıq", - əlavə edib.
|