Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Türkmənistan Prezidenti Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib

02 Mart 2023, 15:30 (GMT +4)

2 mart, SalamNews. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib.

SalamNews-un xəbərinə görə, o, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxış edərkən deyib ki, onlar sabitliyin və sülhün təmin edilməsi istiqamətində səylərini səfərbər etməlidir:

“Bu istiqamətdə işlərin görülməsi çox önəmlidir. Qarşlıqlı hörmət, həmrəylik və BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi siyasi və hüquqi bir fundament olaraq da müasir dünya arxitekturasının qurulması istiqamətində işlər görülməlidir”.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66