Rusiyada güclü zəlzələ olub09 Mart 2023, 11:45 (GMT +4) 9 mart, SalamNews. Sakit okeanda Kamçatkanın şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
SalamNews xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
Zəlzələnin mənbəyinin Petropavlovsk-Kamçatskidən 199 km aralıda olduğu dəqiqləşdirilir.
Martın 8-də Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
|