Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Si Cinpin üçüncü dəfə Çin Xalq Respublikasının Sədri seçilib

10 Mart 2023, 10:00 (GMT +4)

10 mart, SalamNews. Pekində Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.

SalamNews xəbər verir ki, martın 10-da keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR Sədri seçilib. Bu, Si Cinpinin 3-cü müddətə Sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Tse Dundan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk şəxsdir.

14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Dövlət Şurası sədrinin hazırki müavini Han Cen isə ÇXR Sədrinin müavini seçilib.

Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin iştirak etdiyi Xalq Nümayəndələri Yığıncağının illik sessiyası martın 5-dən davam edir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66