Mobil versiya RU AZ
_




DÜNYA » HADİSƏLƏR

Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb

16 Mart 2023, 10:40 (GMT +4)

16 mart, SalamNews. Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində intensiv yağışların yağması ilə yaranan seldən onlarla insan zərər çəkib.

SalamNews xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir onların sağlamlıq durumlarının yaxşı olduğunu deyib. 

"Sel zamanı Şanlıurfada 60, Adıyamanda 8 nəfər zərər çəkib. Onların ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Adıyamanda 2, Şanlıurfada 3 nəfərin itkin düşdüyü məlum olub. Şanlıurfada 93 təcili yardım və 3 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) qrupu, Adıyamanda 5 təcili yardım maşını 3 UMKE qrupları ayrılıb və zəruri səhiyyə xidmətləri göstərilir”, - nazir deyib.

Qeyd edək ki, daxili işlər naziri Süleyman Soylu bölgədə daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66