Ağdamda iki nəfər minaya düşərək həlak olub16 Mart 2023, 13:15 (GMT +4) 16 mart, SalamNews. Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.
DİN-in Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
|