AFAD: Kahramanmaraşda 4,6 maqnitudalı zəlzələ olub18 Mart 2023, 11:40 (GMT +4) 18 mart, SalamNews. Türkiyədə zəlzələ olub.
SalamNews xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, episentri Kahramanmaraşın Göksun rayonu olan yeraltı təkan 4,6 böyüklüyündə qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
|