Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Ərdoğan: Putin gələn ay Türkiyəyə səfər edə bilər

30 Mart 2023, 09:32 (GMT +4)

İstanbul, 30 mart, SalamNews. Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edə bilər.

SalamNews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A haber"ə müsahibəsi zamanı bildirib.

Həmin tarixdə ölkə başçılarının “Akkuyu” AES-in nüvə yanacağı yüklənməsi mərasimində iştirak edəcəkləri gözlənilir.

Ərdoğan əlavə edib ki, Türkiyə ciddi şəkildə enerji toplayacaq:

 "Akkuyu" AES-in tikintisi layihəsi uğurla həyata keçirilir. Cənab V.Putinin aprelin 27-də keçiriləcək mərasim üçün Türkiyəyə gəlməsi ehtimalı var. Ola bilsin ki, onlayn formatda birlikdə iştirak edək", - deyə Türkiyə Prezidenti bildirib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66