Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb

01 Aprel 2023, 15:40 (GMT +4)

İstanbul, 1 aprel, SalamNews. Aprel ayının 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə SalamNews-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən xəbər verilib.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 3 (üç) nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66