Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

03 Aprel 2023, 18:00 (GMT +4)

İstanbul, 3 aprel, SalamNews. Ədliyyə Nazirliyi ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirib.

Bu barədə SalamNews-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, yaşıllığın qorunmasına daim xüsusi önəm verib, bu məqsədlə mühüm proqramlar qəbul olunaraq icra edilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, insanların sağlam mühitdə yaşaması üçün ardıcıl işlər görülür. Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə mühüm layihələr həyata keçirilir.

Ədliyyə Nazirliyi rəhbərliyinin və kollektivinin iştirakı ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində təşkil olunmuş aksiyada həmişəyaşıl ağaclar əkilib, onlara qulluq göstərilib.

“Heydər Əliyev İli”ndə nazirliyin yerli və regional qurumları, məhkəmələr tərəfindən də böyük həvəs və fəallıqla ağacəkmə kampaniyaları təşkil edilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66