Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı yenidən dəyişib

04 Aprel 2023, 13:30 (GMT +4)

İstanbul, 4 aprel, SalamNews. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sabah Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yenidən dəyişib.

SalamNews nazirliyə istinadən xəbər verir ki, qəbul aprelin 10-da, saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq üçün aprelin 8-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66