Finlandiya Baş naziri partiya sədrliyindən istefa verib05 Aprel 2023, 13:45 (GMT +4) İstanbul, 5 aprel, SalamNews. Finlandiyanın Baş naziri Sanna Marin sosial-demokrat SDP-nin partiya lideri postundan istefa verib.
SalamNews "yle.fi"yə istinadən xəbər verir ki, bu barədə Sanna Marin bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Marinin sözlərinə görə, qərar Milli Koalisiya Partiyasından Petteri Orponun Baş nazir vəzifəsinə seçilməsi ilə bağlı deyil.
"Mən adi deputat kimi vəzifəmə davam edəcəyəm", - Sanna Marin qeyd edib.
O, rəhbərlik etdiyi partiya daxilində tənqid edilməsi ilə bağlı xəbəri inkar edib: "Partiya sədrinin vəzifəyə gəlib-getməsi normal sistemin tərkib hissəsidir", - o qeyd edib.
Qeyd edək ki, SDP Finlandiya seçkilərində Milli Koalisiya Partiyası və Həqiqi Finlər Partiyasından sonra üçüncü ən çox səs alan partiya olub.
|