Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan səfiri etimadnaməsini Misir Prezidentinə təqdim edib

05 Aprel 2023, 14:45 (GMT +4)

İstanbul, 5 aprel, SalamNews. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Əbdülfəttah Əs-Sisiyə təqdim edib.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycanın Misirdəki səfirliyindən bildirilib.

E.Poluxov Misirin dövlət başçısına Azərbaycan Prezident İlham Əliyevin salamlarını çatdırıb, cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib.

Diplomat Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğunu söyləyib.

Misir Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib, Misir tərəfinin xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu söyləyib.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66