Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanla Tacikistan KOB subyektlərinin əməkdaşlığını təşviq edəcək

06 Aprel 2023, 12:00 (GMT +4)

İstanbul, 6 aprel, SalamNews. Azərbaycan və Tacikistan kiçik və orta biznes (KOB) subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.

SalamNews İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu, qurumun ötən gün Tacikistanın Ticarət və Sənaye Palatası ilə imzaladığı Anlaşma Memorandumunda öz əksini tapıb.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin sədri Cəmşid Cumanxonzoda imzalayıblar. Memorandumda hər iki ölkənin sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur. Sənəd hər iki ölkənin sahibkarları arasında ticarət və investisiya əməkdaşlığının təşviqini, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsini və əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66