Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Azəriqaz" rəhbərliyi Lənkəranda vətəndaş qəbulu keçirəcək

07 Aprel 2023, 13:00 (GMT +4)

İstanbul, 7 aprel, SalamNews. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək.

SalamNews-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, 10 aprel saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Lənkəran, Astara və Lerik sakinlərinin müraciətləri dinləniləcək.

Qurum vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel:(051)792 79 95 ; 025 (25) 4-43-66) müraciət edə bilərlər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66