Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan və Özbəkistan fermerləri fındıqçılıq sahəsində əməkdaşlıq edəcəklər

07 Aprel 2023, 15:40 (GMT +4)

İstanbul, 7 aprel, SalamNews. Azərbaycan və Özbəkistan fermerləri fındıqçılıq sahəsində əməkdaşlıq edəcəklər.

Bu barədə SalamNews-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qubada Nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə Özbəkistanın “Uz Nuts” Qərzəkli Meyvə Bitkiləri İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini İlyos Haydarov arasında görüş keçirilib. Görüşdə fındıqçılıq sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

İnstitutun direktoru İlham Qaraqurbanlı özbəkistanlı mütəxəssisə Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi, innovativ üsulla fındıq bağlarının salınması və institutun fındıqçılıq sahəsində gördüyü işlər barədə məlumat verib.

İ. Haydarov isə Özbəkistanda fındıqçılıq sahəsindəki çatışmazlıqlardan danışaraq, bu sahədə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün təkliflərini səsləndirib. Tərəflər fındıqçılıq sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

Görüşdən sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi-Təcrübə Bazasının ərazisində yeni superintensiv texnologiya əsasında salınan fındıq bağına baxış keçirilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66