İlon Mask: ABŞ-ın normal, sağlam düşüncəli bir prezidentə ehtiyacı var19 Aprel 2023, 11:30 (GMT +4) İstanbul, 19 aprel, SalamNews. “Amerika Birləşmiş Ştatlarının normal, sağlam düşüncəli bir prezidentə ehtiyacı var. Bu, əla olardı”.
SalamNews RT-ə istinadən xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “Fox News”-a müsahibəsində deyib.
Mask eyni zamanda onu da bildirib ki, geniş seçim imkanı olmadığından Co Baydenə səs verəcək.
|