Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

FHN-in Əsaslı Tikinti İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

19 Aprel 2023, 13:45 (GMT +4)

İstanbul, 19 aprel, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinin əməkdaşları “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

FHN-dən SalamNews-a verilən məlumata görə, Mərkəzdə əməkdaşlar Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar.

Foto və videomateriallar vasitəsilə onlara Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu haqqında maraqlı faktlar təqdim olunub. Xalqımızın ən çətin və ağır günlərində onunla birlikdə olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən faktlar idarənin əməkdaşlarında dərin təəssürat yaradıb.

Ziyarətçilərə bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı əməkdaşların diqqətinə çatdırılıb ki, bu gün Muzey Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İdarənin əməkdaşları daha sonra sərgi zalları ilə də tanış olub, Ulu Öndərə həsr edilən videoçarxı izləyiblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66