Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib20 Aprel 2023, 14:40 (GMT +4) İstanbul, 20 aprel, SalamNews. Hər il olduğu kimi bu il də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ramazan bayramı münasibətilə əhalinin həssas qrupu olan məhkum uşaqlar üçün tədbir təşkil olunub.
Ombudsman Aparatından SalamNews-a verilən xəbərə görə, tədbir çərçivəsində Ombudsman Aparatının əməkdaşları tərəfindən müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, müraciətləri dinlənilib, onlara ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılıb.
|