NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir20 Aprel 2023, 17:30 (GMT +4) İstanbul, 20 aprel, SalamNews. NATO baş katibi Yens Stoltenberq Ukraynaya gedib.
SalamNews xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Stoltenberqi paytaxt Kiyevdə DİN əməkdaşları qarşılayıb.
Səfərlə bağlı detallar açıqlanmayıb. Stoltenberqin Ukraynaya səfəri barədə mediaya əvvəlcədən məlumat verilməyib.
Bu gün onun bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənilir.
|