Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə mövzusunda tədbir keçirilib
08 Fevral 2017, 14:50 (GMT +4)
“Maarifçi” Tələbə Kredit Fondu, Təhsil Nazirliyi və Dünya Bankı ilə birlikdə “Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda tədbir keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, dövlət və özəl qurumların nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd tələbə kreditlərinin verilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasıdır.
Təhsil naziri Mikayıl Cabbarov ötən il fəaliyyətə başlayan “Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi sahəsində ilk təcrübə olduğunu və bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın vacibliyini bildirib.
|