Novruz çərşənbələrindən sonuncusu - “İlaxır çərşənbə”dir
14 Mart 2017, 21:00 (GMT +4)
Bakı, 14 mart, SalamNews,A.Kərimov. Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - “İlaxır çərşənbə”dir.
SalamNews-un məlumatına görə, Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnanca görə “İlaxır Çərşənbə” yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Sonuncu - ilaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
|